Pre-IELTS nedir Niye onemlidir Kimler ucundur

Bizi izlə

Pre-IELTS nedir Niye onemlidir Kimler ucundur

Pre-IELTS nedir

Dream Language
6 Oktyabr 2024

Pre-IELTS nədir? Niyə önəmlidir? Kimlər üçündür?

Pre-IELTS haqda bilməli olduğunuz hər şey!

Xaricdə təhsil almaq istəyənlər üçün IELTS Sertifikatı önəmlidir. IELTS imtahanından yüksək nəticə əldə etmək ən yaxşı universitetlərdə təhsil almaq, Visergard, Visby və s. kimi təqaüd proqramlarını qazanmaq, hətta viza prosesini asanlaşdırmaq üçün vacibdir.

Ancaq yüksək bal almaq üçün baza və ya orta ingilis dili biliyi kifayət deyil. Bu səbəbdən Pre-IELTS bu prosesdə önəmli rol oyanır.

Haqqında detallı yazdığımız bu bloqu oxumaqla Pre-IELTS-in nə olduğunu, sizin üçün uyğun olub-olmadığını, IELTS balınıza necə təsir edəcəyini və s. kimi bir çox önəmli faktorları öyrənəcəksiniz.

Pre- IELTS nədir?

Pre-IELTS dərsləri IELTS imtahanından uğurla keçmək üçün lazım olan təməl bilikləri gücləndirmək və inkişaf etdirmək üçün hazırlanan və IELTS imtahan formatına uyğun proqramdır. Mövcud dil biliyi aşağı olan və akademik dil biliyi olmayan tələbələr üçün önəmlidir. Pre-IELTS proqramı IELTS-in 4 (Speaking, Writing, Listening, Reading) bölməsini də əhatə etməklə tələbələrin dil biliyini, söz bazasını artırmağa , düzgün tələffüz qaydalarını və lazımi qrammatika biliyini öyrətməyə fokuslanır.

Pre-IETS kursu kimlər üçündür?

IELTS imtahanı vermək istəyən hər kəs üçün faydalı olsa da bəzi tələbələr üçün xüsusən önəmlidir:

1. İngilis dili səviyyəsi aşağı olan tələbələr:

İngilis dili leveliniz pre-intermediate və weak intermediate arasındadırsa, IELTS-ə başlamadan öncə Pre-IELTS dərslərinə qoşularaq dil biliyinizdə olan boşluqları dolduraraq IELTS üçün daha yaxşı təməl yarada bilərsiniz.

2. Daha yüksək IELTS balı əldə etmək istəyənlər:

Yüksək bal tələb edən prestijli universitetdə oxumağı hədəfləyirsinizsə Pre- IELTS kursu ilə extra avantaj əldə edəcəksiniz.

3.Daha öncə aşağı IELTS balı almış tələbələr:


- Əgər daha öncə IELTS imtahanı verib daha aşağı bal almısınızsa, yeniden imtahana hazırlaşmaq əvəzinə dil biliyinizdəki boşluqları aradan qaldırıb yeniden imtahan vermək daha effektiv ola bilər.

Pre IELTS kursundan əldə edəcəyiniz 3 ən önəmli fayda

1. İngiliscə Dil biliyində sağlam təməllər;

Pre- IELTS kursu IELTS-ə başlamaq üçün sağlam təməl yaratmağa fokuslanır. Cümlə sturukturu, söz bazası, dinləmə və yazı bacarıqlarının inkişaf etdirilməsi IELTS-in 4 bölməsindən də yaxşı nəticə əldə etmək üçün önəmlidir.

2. IELTS imtahan formatına öyrəşmək:

IELTS- dən yüksək bal almaqda önəmli rol oynayan faktorlardan biri də Real IELTS Imtahan formatını yaxşı anlamaqdır.

Pre-IELTS dərsləri zamanı hər bölmənin sturukturunu, zamanı necə tənzimləyəcəyinizi; IELTS proqramında və Real IELTS İmtahanında nələrin əhatə olunacağına dair önəmli təməl biliklər əldə edirsiniz.

3. Artan özgüvən və müvafiq olaraq azalan stress:

IELTS Imtahanına girmək düşüncəsi, xüsusilə yüksək bal toplamağı hədəfləyirsinizsə sizə çətin və qorxuducu gələ bilər. Pre-IELTS kurusunda öyrəndikləriniz və davamlı praktika sayəsində IELTS imtahanında daha özgüvənli olacaqsınız. Real imtahana psixoloji olaraq da hazır və özgüvənli olduqda daha yaxşı nəticə əldə etmək ehtimalınız da artacaq.


Xülasə, əgər yüksək dil səviyyəsi ilə başlayıb IELTS-də yüksək nəticə əldə etmək və hazırlığın sizin üçün asan olmasını istəyirsinizsə, Pre-IELTS proqramı tam sizin üçündür!

 

📞 050 465 00 90
📍 Şıxəli Qurbanov, 19 (Nizami m/s yaxınlığı)

Instagram: @dreamlanguage.az